"Güclü yağıntılarla əlaqədar "Bakı Metropoliteni"nin bütün müvafiq infrastruktru gecə saatlarından nəzarət altına götürülüb".
1xeber.media milli.az-a istinadla xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda metroda heç bir problem müşahidə olunmur:
"Stansiyaların texniki zonasına daxil olan giriş - çıxış sahələri xüsusəndə "Bakı Metropoliteninin" açıq hava şəraitində yerləşən depolarına müvafiq nəzarət tətbiq olunub. Səhər saat 06.00-dan etibarən "Bakı Metropoliten"i problemsiz fəaliyyətə başlayıb".