Вернуться назад Распечатать

Türk fermerdən maraqlı addım:Tarlaya "Qarabağ Azərbaycandır" yazdı

Zəfər Günü ilə əlaqədar türk fermer maraqlı addımı ilə diqqət çəkib. Qardaş ölkənin  Kırklareli bölgəsində yaşayan fermer  Qarabağ Zəfərinin 4-cü ildönümü münasibəti ilə tarlaya şumla yazı yazıb.

1xeber.media-nın  Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Burak Tunçkol adlı fermer çalışdığı tarlada yerə şumla "Qarabağ Azərbaycandır, Qarabağ Zəfəri 4 Yaşındadır",- yazıb.

Fermerin  yazını təxminən 4 saat ərzində yazdığı bildirilir.