1xeber.media xəbər verir ki, bu dəfə Şaxta Baba yox, Hello Kity düzəltdilər.
Gənc rəssam Elmira Əhmədli qarlı, şaxtalı havada özünəməxsus tərzini yenə nümayiş etdirdi.
Qeyd edək ki, öz rəsmləri ilə hər kəsi heyran edən 15 yaşlı Elmiranın soyuq havada qarla fərqli personaj düzəltməsi digər uşaqlarda da stimul yaradıb. Gənc rəssam öz fərqli qəhrəmanlarını hazırlamağa həvəsləndirir.
Xatırladaq ki, Elmira Əhmədli çox istedadlı və bacarıqlıdır. Bu isə onu digər yaşıdlarından fərqləndirən əsas cəhətlərdən biridir. Elmira eyni zamanda çox vətənpərvər ruhda böyüməsi ilə diqqət çəkir.
Onun vətənpərvərlik mövzusunda yaratdığı rəsm əsərləri dediklərimizə bariz nümunədir.
İnanırıq ki, Elmira Əhmədli hansı peşədə olmasından asılı olmayaraq daima ölkə və vətənimiz üçün uğurlara imza atacaqdır.