1xeber.media xəbər verir ki, bu gün Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü “sahilə vurub" xəbəri ölkə mediasının əsas manşet mövzularından birinə çevrildi.
Demək olar ki, hər kəs sosial şəbəkələrdə statuslar paylaşaraq kaşalota fərqli münasibət sərgilədilər.
Hətta tanınmış simalarda mövzuya biganə qalmadılar.
Qeyd edək ki, ölkəmizdə COP29 zirvə toplantısının keçirildiyi müddətdə belə bir sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyini önə çəkdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sənət əsərinin sərgiləndiyi Bakı Bulvarına gedib. Leyla xanıma kaşalot obrazı yaradan sənət əsərinin detalları barədə açıqlama verilib. Sənət əsərinin bəşəriyyətin eko mühitinin qorunmasına mühüm töhfə verməsinin vacibliyi vurğulanıb.
Leyla Əliyeva özünün Instagram hesabında kaşalotla bağlı video paylaşıb.
Həmin videonu təqdim edirik: