Вернуться назад Распечатать

Abbasqulu bəyin öz ailəsi ilə görüntüləri yayıldı

1xeber.media xəbər verir ki, Azərbaycan milli kinolarından biri olan "Axrıncı Aşırım " filmindən tanıdığımız Abbasqulu bəyin öz ailəsi ilə görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, "Axırıncı Aşırım" filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir.