Avstraliyada bir şirkət xüsusi texnika ilə ölü insan bədənlərini donduraraq onu həyata qaytarmağı hədəfləyir.
1xeber.media xəbər verir ki, Sidneydə fəaliyyət göstərən “Southern Cryonics” adlı şirkət ölü insanları mənfi 200 dərəcə selsidə donduraraq həyata qaytarmaq ümidi ilə çalışır.
Şirkət son aylarda 80 yaşlı kişini uğurla dondurduğunu açıqlayıb. Şirkətin hesabatlarına görə, "Birinci Xəstə" adlanan şəxsə edilən bu prosedur təxminən 170 min dollara başa gəlib.
Bu gün mindən çox insan dondurulmaq üçün növbə gözləyir. Əslində, bu proses üçün Rusiya, Amerika və Avropanın müxtəlif şəhərlərində bir neçə mərkəz var.
Bu layihə elmi inkişaflarla yanaşı etik problemləri də gündəmə gətirib. Bundan əlavə, əvvəllər bu məsələ ilə bağlı məhkəməyə müraciətlər olub.
Publika.az