Üç ildir ki, Nyu-Yorkda polis zabiti kimi çalışan lənkəranlı gənci tanıyaq.
1xeber.media “Bizim Lənkəran” facebook səhifəsinə istinadən xəbər verir ki, hazırda Amerikada yaşayan həmyerlimiz Ceyhun Ələkbərov ölkəmizi okeanın o tayında layiqincə təmsil edir. Və polis olaraq xidmət göstərir.
Xatırladaq ki, Ceyhun Ələkbərov 1999-cu ildə Lənkəran şəhərində (Kiçik bazar məhəlləsində) anadan olub. 1 yaşında olarkən ailəsi ilə ABŞ-a köçən Ceyhun Polis Akademiyasını bitirib və 2021-ci ildən Nyu-York Polis Departamentində vəzifəsini icra edir.
Qeyd edək ki, Ceyhun Ələkbərov taekvondo üzrə 2 dəfə Birləşmiş Ştatların çempionu olub (2012 və 2015-ci illərdə).