Вернуться назад Распечатать

Bakı Caz Festivalının qurucusu vəfat etdi

1xeber.media xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.

Bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.

Nuri Əhmədovun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru vəzifəsində çalışıb.