Вернуться назад Распечатать

Medianın İnkişafı Agentliyindən “Neftyanoye delo” məcmuəsi ilə bağlı paylaşım

1xeber.media xəbər verir ki,Medianın İnkişafı Agentliyi öz rəsmi Facebook səhifəsində  “Neftyanoye delo” məcmuəsi ilə bağlı maraqlı paylaşım edib.

Paylaşımda bildirilir ki, əsası Neft Sənayeçiləri Qurultayı Şurası tərəfindən 10 yanvar 1898-ci ildə qoyulmuş “Neftyanoye delo” (Neft işi) məcmuəsi ilk dövrdə qəzet kimi nəşr olunsa da, 21-ci buraxılışından etibarən jurnal formasında çap olunmağa başlamışdır.

Jurnalın nəşri Bakı Xalq Komissarları Sovetinin qərarına əsasən 1918-ci ilin may ayında dayandırılsa da, Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra – həmin ilin sentyabr ayında bərpa edilmişdi.
“Neftyanoye delo”nun bu ad ilə sonuncu sayı 1920-ci il aprelin 30-da işıq üzü görmüşdü və may ayından etibarən Azərbaycan SSR Xalq Komissarları Şurasının sərəncamı ilə jurnalın adı dəyişdirilərək “Azərbaycan neft təsərrüfatı” adlandırılmışdı.