Вернуться назад Распечатать

Azərbaycan milli mətbuatının 150 illik tarixini birlikdə vərəqləyək!

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində sosial şəbəkələrdə  maarifləndirici məlumatlar paylaşmağda davam edir.

Məhəmməd ağa Şahtaxtlı “Şərqi-rus” qəzetinin əsasını Rusiyanın Mətbuat İşləri üzrə Baş İdarəsindən müvafiq icazəni aldıqdan və Tiflisdə “Məhəmməd ağa Şahtaxtlı mətbəəsi”ni açdıqdan sonra 30 mart 1903-cü ildə qoymuşdur.

İlk dövrlərdə həftədə 3 dəfə, sonradan isə gündəlik dövriliklə çap olunan bu ictimai-siyasi məzmunlu qəzetdə ana dili, əlifbanın yenilənməsi, qadın azadlığı, məktəblərdə tədrisin yaxşılaşdırılması ilə bağlı maraqlı məqalələr təqdim edilmişdir.

“Şərqi-rus” C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, M.S.Ordubadi kimi dövrün görkəmli ziyalılarını öz ətrafında toplamışdır. C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi ilk dəfə məhz bu qəzetdə nəşr olunmuşdur.