
“Global Media” şirkətlər qrupuna daxil olan “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür.
1xeber.media xəbər verir ki, agentlik Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
“Report” siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Media sahəsində peşəkar kadrlar yetişdirmək məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi də fəaliyyət göstərir.
Həmkarlarımızı təbrik edirik və onlara uğurlar arzulayırıq!