Вернуться назад Распечатать

Tural Əhmədov Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən yubiley medalına layiq görülüb

Tural Əhmədov Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən yubiley medalına layiq görülüb

1xeber.media-nın rəhbəri Tural Əhmədov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

1xeber.media-ya açıqlamasında Tural Əhmədov Milli Mətbuatın 150 illiyi münasibəti ilə təsis edilən medalla təltif olunduğuna görə cənab prezident İlham Əliyevə,Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə və əziyyəti keçən hər kəsə sonsuz minnətdarlığını bildirib.

Qeyd edək ki, sözügedən medal dövlət mükafatı statusuna malikdir və Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə mətbuatın inkişafında, peşəkar jurnalistikanın formalaşmasında və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında xüsusi xidmətləri olan media nümayəndələrinə təqdim olunur.

15 ildən artıqdır ki, jurnalist kimi fəaliyyət göstərən Tural Əhmədov daim Azərbaycan mediasının inkişafı, mətbuatımızın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsi, informasiya savaşında haqq sözümüzü deməyi bacarmaq, ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə obyektiv və dürüst formada çatdırılmasına  çalışmış,rəhbəri olduğu media qurumunu da hər zaman bu yöndə istiqamətləndirmişdi.

1xeber.media olaraq Tural Əhmədov başda olmaqla,təltif edilən bütün həmkarlarımızı təbrik edir,fəaliyyətlərində uğurlar arzulayırıq.