1xeber.media xəbər verir ki, son günlər estetik cərrahlar, eyni zamanda diplomsuz həkim fəaliyyəti göstərən şəxslərlə bağlı mövzular cəmiyyətin müzakirə predmetinə çevrilib.
Mövzu ilə bağlı İTV efirində yayımlanan "Sabaha Saxlamayaq" proqramının qonağı olan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev aparıcının "pasiyentlər necə aldadılır?" sualına obyektiv və tutarlı cavab verib.
Elşad Hacıyev bildirib: "Diplomsuz estetik xidmət göstərən şəxslər həkim adı altında təhlükə və fəsadlar yaradır. Qanunsuz fəaliyyətlə əlaqədar cəza təhdidi var. Vətəndaşlar diqqətli olmalıdır. Tədbirlər görülür"
Proqramın video sujetini təqdim edirik: