Xalqımızın söz, aşıq sənətkarı Aşıq Ələsgərin Basarkeçər (Vardenis) rayonu, Ağkilsə (Azat) kəndində yerləşən qəbrini dağıdılmış vəziyyətdə görmək mədəniyyətimizə, folklorumuza, aşıq sənətinə böyük bir sayqısızlıqdır.
Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycandayox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.
Xatırladaq ki, ölkəmizdə hər zaman Aşıq Ələsgərin xatirəsi əziz tutulub, ehtiramla yad olunub.Təsadüfi deyil ki, prezident İlham Əliyev və oğlu Heydər Əliyev 2024-cü ilin sentyabrın 30-da Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etmişdir.
Video bloger Vüsal Məmmədzadə YouTube kanalında Aşıq Ələsgərin Basarkeçər rayonunda dağıdılmış məzarından paylaşdığı görüntüləri sizlərə təqdim edirik: