Gecə saatlarında Ankara ağır yol nəqliyyat hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, hadisə Mamak rayonunun Yakup Abdal rayonunda baş verib. Belə ki, 06 DDC 719 nömrə nişanlı avtomobil sürücüsünün sükanın idarəetməsini itirməsi nəticəsində yol nişanı dirəyinə çırpılıb. Zərbənin gücü ilə yararsız hala çevrilən avtomobildə olan 5 nəfər sıxışıb qalıb. Onlardan 4 nəfər həyatını itirib Ətrafdakı insanların məlumatı əsasında hadisə yerinə xilasetmə, polis və sağlamlıq qrupları cəlb edilib.
Avtomobildə sıxılıb qalan 5 nəfər olduğu yerdən çıxarılarkən, 2-si qadın olmaqla 4 nəfərin öldüyü, 1 nəfərin yaralandığı müəyyən edilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən, həyatını itirən 4 nəfərin cəsədi hadisə yerində müayinə olunduqdan sonra meyitxanaya aparılıb.