Ermənistan daxili işlər naziri Arpine Sərkisyan olacaq.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
"Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpine Sərkisyan daxili işlər naziri təyin olunacaq", - o bildirib.
Qeyd edək ki, bir müddət öncə Ermənistan daxili işlər naziri Vahe Kazaryan istefa vermişdi.