Вернуться назад Распечатать

Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb

Dekabrın 14-də gecə saatlarında başlayan güclü külək Yevlax rayonuna ziyan vurub.

1xeber.media AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.