Sosial şəbəkələrdə Təbriz Hava Yolları şirkətinin İstanbul-Təbriz aviareysindən maraqlı görüntülər paylaşılıb.
1xeber.media “Azad İran”a istinadən xəbər verir ki, İstanbul-Təbriz reysində sərnişinlərin Azərbaycan dilində “xoş gəldiniz” ifadəsi ilə qarşılanması media istifadəçilərinin diqqətini çəkib.
Qeyd edək ki, ötən həftə Tehran-Təbriz reysində təyyarə bələdçisinin sərnişinləri “xoş gəldiniz” ifadəsi ilə salamlaması paniranistləri özündən çıxarıb.