8 Noyabr - Zəfər Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
1xeber.media xəbər verir ki, aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan RİH nümayəndələri, şəhid ailələri, qazi və müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kütləvi media nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonun “Görüş” adlanan ərazisi istiqamətində Beyləqan şəhərinə doğru yolun hər iki tərəfində keçirilən ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun 500 ədəd həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.