Son vaxtlar dünyada bir cox qorxulu xəstəliklər yayılıb. Onlardan biri də malyariya xəstəliyidir. Bu xətəliyi yayan isə ağcaqanadlardır.
1xeber.media xəbər verir ki, Dr. Ruth Namazzi xəstələri müalicə edərkən daha çox malyyariya xəstəliyinə rast gəlirlər : "'Malyyariya çox inadkardır, təəsüf ki, bəzən bu xəstəlik müalicəyə cavab vermir.'"
Namazzi Uqandadakı Mulaqo Xəstəxanasında pediatrdır və burada gündə bir neçə dəfə ağır malyariya xəstəsi olan uşağı qəbul edir.
"Bunlar çox ağır xəstələrdir, uşaqların hələ immunitet qazanmadıqları üçün böyüklərə nisbətən daha çox ağır malyariya riski altındadırlar. Uşaqda ağır malyariya yüksək hərarət, qıcolmalar, anemiya, böyrəklərin zədələnməsi və tənəffüs çətinliyi və digər məsələlərlə bağlı ola bilər. Uşaq həddindən artıq zəiflənə bilər. Özbaşına ayaq üstə dayana və qidalana bilməz."
Yoluxmuş ağcaqanad sizi dişlədikdən və malyariya parazitini bədəninizə yerləşdirdikdən sonra parazit çoxalmağa başlayır. Artemisinin məhz burada aktivləşir. Mütəmadi olaraq venadaxili olaraq verildikdə, xəstənin qanındakı parazitlərin çoxunu saatlar ərzində öldürə bilər. Ancaq indi Namazzi dərmanın təsirinin bir neçə gün çəkdiyi xəstələri görür.