Mətbəxdə tez-tez istifadə etdiyimiz və əksər insanların metal qaşıqlardan daha sağlam variant olduğunu düşündüyü taxta qaşıqların zərərli olduğu ortaya çıxıb.
1xeber.media xəbər verir ki, mütəxəssislər tavaların cızılmasının qarşısını alan təbii məhsullar olan taxta qaşıqlardan istifadə barədə xəbərdarlıq edirlər.
Taxta qaşıqlardan istifadə zamanı yaranan bu zərərlər qaşığın istehsal olunduğu ağac növündən asılıdır. Bəzi ağac növləri böyüdükləri torpaqdan asılı olaraq arsen və qurğuşun kimi ağır metalları torpaqdan udmaq qabiliyyətinə malikdir.
Hazırlandığı ağaca görə bu ağır metallar da qaşığın tərkibinə daxil olur. Bu metallar uzun müddət bədənə daxil olduqda zəhərli təsirlərə səbəb olur.
Bundan əlavə, qoz ağacları kimi bəzi ağac növləri tərkibindəki təbii allergiya maddələrinə görə həssas dərili insanlarda qaşınma və ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən taxta qaşıqdan istifadə edərkən onun hazırlandığı ağac növünə diqqət yetirmək lazımdır.
Zərərli bakteriya riski
Taxta qaşıqlardan istifadə edərkən diqqət yetirilməli olan digər bir məqam da zərərli bakteriyaların böyüməsidir. Taxta qaşıqların məsaməli və nəm uducu quruluşu qida qalıqlarını və rütubəti cəlb edə bilər ki, bu da bakteriyaların böyüməsinə zəmin yaradır.
Salmonella, listeria və digər ciddi nəticələrə səbəb olan bakteriyaların taxta qaşıqlarda, xüsusən də çiy ət və balıqla təmasda olduqda çoxaldığını görmək olar. Taxta qaşıqlar çiy qidalarla birlikdə istifadə edilməməli və normal istifadədən sonra tamamilə qurudulmalıdır.
Publika.az