Вернуться назад Распечатать

Ürəyinizin xəstə olduğunu göstərən 5 ƏLAMƏT

Ürək xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biridir.

Ürəyin fəaliyyətini pozan, düzgün işləməsinə mane olan və ya ürəyə gedən damarlarda qan axını yavaşlatan ürək xəstələrinin erkən simptomları aşağıdakılardır:

1. Boğulma və ya nəfəs darlığı

Ürək əzələləri kifayət qədər qan ötürə bilmirsə, laktik turşu yığılır və bu, boğazda boğulma hissi və bəzən nəfəs almaqda çətinlik kimi simptomlara səbəb olur.

2. Topuqlarda şişginlik

Ayaq biləklərində şişkinlik ürək çatışmazlığı olan xəstələrdə baş verir. Ən erkən simptomu belə ortaya çıxır.

3. Başın fırlanması və ürəkgetmə

Ürək ritmindəki pozğunluqlar və ya ürək çatışmazlığı başgicəllənmə və huşunu itirməyə səbəb ola bilər.

4. Həzm problemləri

İştahsızlıq, həzmsizlik və ya ürəkbulanma kimi həzm problemləri ürək xəstəliyinin əlaməti ola bilər.

5. Xroniki yorğunluq

Xroniki yorğunluq və zəiflik ürək xəstəliyinin ilkin əlamətləridir.

Qeyd: Bu əlamətlər sizdə olsa belə mütləq dəqiq nəticə üçün həkimə müraciət edilməlidir. Bəzən oxşar simptomlar fərqli xəstəliklərin əlamətləri ola bilər.(olke.az)