Вернуться назад Распечатать

Vüqar Qurbanov: Son illər nəinki Azərbaycanda, eləcə də bütün dünyada körpə ölümlərinin sayı artır

Son illər nəinki Azərbaycanda, eləcə də bütün dünyada körpə ölümlərinin sayı artır.

1xeber.media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə TƏBİB də müəyyən səbəbləri araşdırır, çünki burada bir çox nüanslar var:

"Ölümə səbəb olan halların aradan qaldırılması üçün aidiyyəti üzrə danışıqlar aparılır".