Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib. Müğənni qızlara sevilməyən kişilərdən bahalı hədiyyə almamalarını söyləyib.
“Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə o qeyd edib. / lent.az