Bakıda Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər daimi komitəsi iclası keçirilib.
1xeber.media xəbər verir ki, iclasın gündəliyində səkkiz qətnamə layihəsi olub:
1. Yaxşı idarəetmə haqqında qətnamə layihəsi
2. Hüququn aliliyi və məhkəmə sisteminin gücləndirilməsi haqqında qətnamə layihəsi
3. Yaxşı parlament təcrübələri haqqında qətnamə layihəsi
4. Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması haqqında qətnamə layihəsi
5. Asiyada rifah naminə Asiya parlamentləri və hökumətlərinin birgə fəaliyyəti haqqında qətnamə layihəsi
6. Demokratiya vasitəsilə ahəngdar inkişaf haqqında qətnamə layihəsi
7. Asiya parlamentlərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında qətnamə layihəsi
8. Çoxtərəfliliyin qorunması və təşviqi üçün Asiya Parlament Assambleyası üzvləri arasında əməkdaşlığın gücləndirilməsi haqqında qətnamə layihəsi
Qətnamə layihələri qəbul olunaraq plenar sessiyaya tövsiyə olunub.