KXDR və Rusiya Federasiyası qarşılıqlı hərbi yardımı nəzərdə tutan tərəfdaşlıq sazişini ratifikasiya ediblər. Müşahidəçilər Pxenyanın indi açıq şəkildə Ukraynaya qarşı müharibədə iştirak edə biləcəyindən ehtiyat edirlər.
1xeber.media xəbər verir ki, Şimali Koreya Rusiya ilə genişmiqyaslı strateji tərəfdaşlıq sazişini ratifikasiya edib. O, digər məsələlərlə yanaşı, tərəflər arasında qarşılıqlı hərbi yardımı nəzərdə tutur. Sənədi dövlət başçısı - KXDR Dövlət Şurasının sədri Kim Çen Inın imzalaması barədə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb.
Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir. Rusiya bunu iki gün əvvəl ratifikasiya edib.