Вернуться назад Распечатать

Kərkükdə Azərbaycan mədəniyyət mərkəzi və kitabxanasının yaradılması təklif olunub

Kərkükdə Azərbaycan mədəniyyət mərkəzi və kitabxanasının yaradılması təklif olunub.

1xeber.media xəbər verir ki, bu təkliflə "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğlu martın 18-də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində keçirilən "Ortaq dəyərlər: tarix və mədəniyyət izləri" panel müzakirəsində deyib. 

Onun sözlərinə görə, belə bir mərkəzin yaradılması ədəbiyyatın, atalar sözlərinin, eləcə də adət-ənənələrin müqayisəli şəkildə araşdırılaraq gələcək nəsillərə ötürülməsi üçün zəruridir:

"Biz özümüz də könüllü şəkildə həmin mərkəzdə çalışarıq. Kərkükdə Azərbaycan kitabxanasının açılması da bu ölkənin dahi şəxsiyyətləri haqqında geniş məlumatın əlçatanlığı və Azərbaycan haqqında araşdırma yazılarımızda müraciət edə biləcəyimiz mənbənin olması baxımından çox faydalı olacaq".