Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun nəticələrinə yekun vuraraq, 53,93 faiz səslə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. “Newsgeorgia” bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən xəbər verir.
Belə ki, “Gürcü Arzusu” parlamentdəki 150 yerdən 89-unu aldı.“Dəyişiklik Koalisiyası” - 19 mandat (səslərin 11,03%-i);
“Birlik - Milli Hərəkat” - 16 mandat (səslərin 10,17%-i);
“Güclü Gürcüstan” - 14 mandat (8,81% səs);
“Gürcüstan üçün Qaxariya” - 12 mandat (səslərin 7,78%-i).Yeni parlament nəticələri yekunlaşdırdıqdan sonra 10 gün ərzində işə başlamalıdır.
Ümumilikdə səsvermədə 2,1 milyondan çox insan iştirak edib. 34,9 minə yaxın bülleten etibarsız sayılıb.