Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb, Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.
1xeber.media xəbər verir ki, “Paşinyan prezident Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və ona son illərdə baş verən hadisələr və Ermənistanla ABŞ arasında münasibətlərin hazırkı vəziyyəti haqqında məlumat verib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, regional gündəliyə aid məsələlər də müzakirə olunub.