COP29-da iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizə gələn, Azərbaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan Frank Peloni Bakını tərk etməsi haqda ilk dəfə açıqlama yayıb. 1xeber.media
1xeber.media xəbər verir ki, konqresmen X platformasındakı paylaşımda ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib.
O, Bakıdakı etirazlardan sonra Azərbaycanı tərk etməli olduğunu deyib. Lakin Ermənistan və ermənilərlə bağlı “mübarizəni” davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir sıx əlaqələri olan Frank Peloni Konqresdə daim Azərbaycana qarşı mövqeyi və ittihamları ilə seçilib. O, COP29-da iştirak etmək üçün Vaşinqtonun nümayəndə heyətinin tərkibində noyabrın 16-da Bakıya gəlib. Onun ölkəmizə səfəri ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycandan üzr istəməsi və ölkəni tərk etməsi tələbi ilə aksiya keçirilib. Peloni bundan sonra gizli şəkildə ABŞ-a qayıdıb.