Вернуться назад Распечатать

Bayramov Berbokla görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov COP29 iqlim sammiti çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla danışıqlar aparıb.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Tərəflər görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə olan məsələləri, eləcə də COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.