Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik məişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin, komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət və qayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakət qaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadi yoxlamalar keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 23-də Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirilib.
Aşkar olunan neqativ hallara qarşı ciddi tədbirlər görüldüyü qeyd edilib.