Вернуться назад Распечатать

Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək

Suriya ilə bağlı danışıqların növbəti mərhələsi Bakıda aparılacaq.

1xeber.media xəbər verir ki, bu barədə diplomatik dairələrə istinadən Səudiyyə Ərəbistanının “Əl-Hədath” telekanalı məlumat yayıb.

Bildirilib ki, razılaşdırılmamış məsələlərin yekun müzakirəsi üçün İsrail nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. 

Qeyd edək ki, iyulun 13-də Bakı Suriyadan və İsraildən olan rəsmi şəxslərin görüşünə ev sahibliyi etmişdi