Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutacaq görüşünün sonunda birgə bəyannamə imzalanacağı gözlənilir.
1xeber.media xəbər verir ki, bu sənədin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanması planlaşdırılır.
Bəs Azərbaycan Prezidentinin ABŞ -a səfəri ilə əldə olunacaq nəticələr hansılardır?
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın inkafına dair Anlaşma Memorandumu imzalanır
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanır
ATƏT-in Minsk Qrupu ləğv edilir
"907-ci düzəliş" ləğv edilir.