Biz yeni tarixi səhifəyə imza atırıq.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə mətbuat nümayəndələri qarşısında çıxış edərkən deyib.
"Həqiqətən tarixi əhəmiyyətli gündür. Bu gün Qafqazda sülhü təmin edirik. Prezident Tramp Qafqaza sülh gətirir. Trampa təşəkkür edirəm. Bu gün 1992-ci ildə qoyulan qadağalar aradan qaldırıldı. Bu günü yaddaşımızda həkk edəcəyik. Biz bu gün fikir mübadiləsi apardıq. "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq", - deyə Prezident bildirib.