Вернуться назад Распечатать

Hacıyev Rubionun müavini ilə görüşdü 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dərin müzakirələr aparıb.