Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
1xeber.media xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
"Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik", - məlumatda qeyd edilib.