Вернуться назад Распечатать

Ərdoğanın müavini Anım Günü ilə bağlı paylaşım etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu sosial media hesabında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

1xeber.media xəbər verir ki, paylaşımda deyilir:

“27 Sentyabr – Qarabağ şəhidlərini anma günü.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək üçün böyük mübarizə aparmış və bu yolda qəhrəman övladlarımız şəhid olmuşdur.

Hər il 27 sentyabr Qarabağ uğrunda canını fəda edən qəhrəman şəhidlərimizi anma günü kimi qeyd olunur. Vətən uğrunda torpağa düşən igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

27 Sentyabr – Qarabağ şəhidlərini anma günündə bütün şəhidlərimizi rəhmət, minnət və dərin ehtiramla yad edirik”.