Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, FHN-in daxili xidmət mayoru Gəray Elxan oğlu Güliyev sözügedən idarənin rəisi təyin olunub.
O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.