Вернуться назад Распечатать

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən 1xeber.media bildirilib ki, dekabrın 19-u saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Abşeron və Zəngilan rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.