Вернуться назад Распечатать

Azərbaycan Ermənistana icazə verdi...

Azərbaycan Ermənistan məhsullarının öz ərazisi vasitəsilə üçüncü ölkələrə ixracına icazə verib, - Paşinyan.

1xeber.media xəbər verir ki,bu barədə danışan Paşinyan daha sonra bildirib ki:“Hamımız bilirik ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana dəmir yolu əlaqəsi mövcuddur və maneəsiz fəaliyyət göstərir. Lakin çox vacibdir ki, Ermənistan ərazisindən xarici dünyaya - Azərbaycan ərazisi vasitəsilə - dəmir yolu əlaqəsinin də açıq olduğunu qeyd edək.

Məndə belə təəssürat var ki, bizim biznes hələ bu xəbəri tam mənimsəməyib”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.