Вернуться назад Распечатать

Ləğv edilən Dövlət Komissiyasının tərkibində kimlər var idi... - SİYAHI

Xəbər verdiyimiz kimi, Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 Qeyd edək ki, komissiya 2013-cü ildə yaradılıb.

Komissiyanın əsas vəzifələri Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi idi.

 Ləğv edilən Komissiyanın sədri Baş nazirinin birinci müavini idi.

 Komissiyanın üzvləri isə aşağıdakılar olub:

  - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

- Azərbaycan Respublikasının energetika naziru

 -Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 -Azərbaycan Respublikasının maliyyə naziri

 -Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti 

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Modern.az