
Diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng məbəd kompleksinə baxış keçiriblər.
1xeber.media xəbər verir ki, 1993–2020-ci illərdə işğal altında qalan məbəddə “bərpa” adı altında qanunsuz müdaxilələr həyata keçirilib. Arzu Xatun və Böyük Həsən kilsələri də daxil olmaqla kompleksin ayrı-ayrı tikililərinə saxtalaşdırma əlamətləri daşıyan əlavələrin edildiyi, abidənin müxtəlif hissələrinin vandalizmə məruz qaldığı diqqətə çatdırılıb.
Diplomatlara Xudavəng məbədinin mövcud vəziyyəti və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
#Xudavəng #Kəlbəcər #ArmenianVandalism #Vandalism