Вернуться назад Распечатать

Azərbaycan tarixinin yeni mərhələsi

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin
vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə
günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək
taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən
prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu
Öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən
xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik
istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı
dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə  olduğu müddətdə
Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda,
1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi,  onunla  birgə olduğunu bəyan 
etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc
respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə
beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla
müharibə şəraitində idi.  Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana
sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı
şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni
tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi”
adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı,
dünya  xəritəsindəki mövqeyi möhkəmləndirdi.  Azərbaycan artıq bütün dünyada neft ölkəsi
olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib
aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın
torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq.  Odur ki,  hakimiyyətə
qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa
başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında
bu barədə danışaraq deyirdi:  “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü
müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra
keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə
verməsə,  Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə
qalmayacaq.  Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü
birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqi ldövlətini,  öz ərazisini bundan sonra göz
bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu
quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı.  Çox keçmədən
ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı.  Vahid  komandanlığa tabe olan
nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz
müasir silah və sursatla təmin olundu. 2020-ci ilin sentyabrında silahlı qüvvələrin təmas
xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu
siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən
Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsi günlərində düşmənə layiqli sözünü dedi,
torpaqlarımız işğaldan azad edildi və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş
etdirdi.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu
həyata keçirmək idi və bu məsələdə qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik,
 hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən,  dünya

demokratiyası təcrübəsinə,  ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül
tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik
mövcuddur.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,
Ümummilli lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində,
mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər
göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və
bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir
soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru