Məlumat verildiyi kimi, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.
Oktyabrın 22-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.
Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.