Вернуться назад Распечатать

Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün facebook səhifəsində BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündən foto paylaşıb.Paylaşımı təqdim edirik.

BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşməkdən məmnun olduq.

 Ölkələrimizin #iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində #ticarət, #investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarını dəyərləndirdik. Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq.