Вернуться назад Распечатать

Arzu Əliyeva şəhid anaları ilə.....

1xeber.media xəbər verir ki, ötən gün "Mənim oğlum qəhramandır!" adlı möhtəşəm tədbir keçirilib.

Şəhid ailələri ilə keçirilən görüşdə ölkə başçısı İlham Əliyevin qızı Arzu xanım Əliyeva da iştirak edib.

Tədbirin təşkilatçısı Cəlal Qurbanov sosial şəbəkədə tədbirlə bağlı status paylaşıb: 
" Azərbaycanın hər güşəsindən gələn 400-dən çox şəhid anası bir araya gəldi. Onlar öz oğullarını Vətənə əmanət etdikləri kimi, bizə də əmanətdirlər! Od çərşənbəsi günün də Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva şəhid anaları ilə bir arada oldu, onlarla iftar süfrəsini bölüşdü. O an anaların gözlərində sevinc parladı. Çünki unutmadılar, çünki dəyər verdilər, çünki onların acısını paylaşdılar...Şəhid analarına ehtiram-Vətənə ehtiramdır! Onların yanında olmaq, qəhrəmanlarımızın adını yaşatmaq bizim borcumuzdur!"