Вернуться назад Распечатать

Haldun Novruzzadə Mədəniyyət nazirliyini SƏRT TƏNQİD ETDİ:"AYIB OLSUN!"

Gənc fəal Haldun Novruzzadə xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi təşkil etmədiyinə görə Mədəniyyət Nazirliyini tənqid edib.

1xeber.media sosial şəbəkə hesabında paylaşım edən Novruzzadənin statusunu olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Xalq artisti, 50’ə yaxın filmdə rol almış, vaxtilə Gənc Tamaşaçılar, Milli Dram teatrın aktrisası olmuş, Azərbaycanfilm kinostudiasında işləmiş, eyni zamanda qiraətçi olmuş Əminə Yusifqızı rəhmətə gedib və onu sadəcə məsciddən aparıb dəfn ediblər. Xalq artisti adında birini Heç bir səhnədən, mədəniyyət evindən yox sadəcə məsciddən.
Yəqin Mədəniyyət Nazirliyinin sənət adamı üçün dəfn mərasimi təşkil etməsi üçün həmin adamın Yaltaq olması gərəkmiş. Yoxsa hansı titulda olması vacib deyil.
Heyf, Allah rəhmət eləsin."