Вернуться назад Распечатать

Nazirlər dəyişir, amma Mənzərxanım Nurəliyeva yerində qalır...

İSTİFADƏ OLUNAN QƏLƏM ƏHLİ.

Vüqar Əhmədin bir qrup sənətçi ilə birlikdə  Mədəniyyət Nazirliyinə yönəlmiş iradları  səngimir. Qarşı tərəf də cavab tədbirləri görür. 

Bu barədə Sima Babayeva Facebook səhifəsində paylaşım edib.

1xeber.media sözügedən paylaşımı təqdim edir:

Bu günlərdə şair bəzi saytların hədəfinə tuş gəlib. Vüqar Əhməd bununla bağlı facebook hesabında status paylaşıb. 

Vüqar müəllim onu mediada, sosial platformalarda təhqir və şantaj edən qələm sahiblərinin arxasında elə Mədəniyyət Nazirliyinin dayandığını deyir. Şair həmin saytların nazirliklə əlaqəli qurumlardan hər il tenderlər udduğunu bildirir. 

Satınalmalar “bir mənbə” metodu ilə, yəni müsabiqəsiz şəkildə həyata keçirilib. Bu müqavilələr barədə portalda “prosedur vahid internet portalında keçirilməyib” qeydi var, yəni şəffaflıq məsələləri sual altındadır. Deməli, bu jurnalistlər “əl əli yuyar” prinsipi ilə hərəkət edərək nəyinsə müqabilində iş görürlər.

Vüqar Əhmədin iddiasına görə məhz bu səbəblərə görə həmin jurnalistlərə onun və sənətçilərin əleyhinə ən çirkin sözləri  dedizdirirlər. Onlar da jurnalistika prinsiplərini, insanlığı bir kənara ataraq çirkin oyuna giriblər. 

Qızı xanəndə  Almaxanım və onun sənət yoldaşlarının haqqını tələb edən söz adamı, professor Vüqar Əhmədə qarşı şər atmaqdansa, yaxşı olardı ki, həmin saytlar bir dəfə də mədəniyyət sahəsindəki problemlərdən, Mədəniyyət Nazirliyində hegemonluq edən əməkdaşlardan yazsınlar. 

Bu nazirlik ciddi-cəhdlə Mənzərxanım adlı əməkdaşını qoruyur. Nazirlər dəyişir, amma Mənzərxanım Nurəliyeva yerində qalır. 

Görəsən bunun sirri nədir? 

Mədəniyyət Nazirliyinin bu qadından başqa dərdi yoxdur?