Вернуться назад Распечатать

"Əxlaqsızlığı filmdə yox ,Nazirlikdə axtarın"....

Məhsəti Gəncəvi haqqında  qısametrajlı bədii filmi ətrafında qalmaqal davam edir.İctimai fəal Haldun Novruzzadə facebook səhifəsində status paylaşaraq Mədəniyyət Nazirliyini tənqid edib.

Qeyd edək ki,Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib. Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.

1xeber.media heç bir düəlıiş etmədən sözügedən paylaşımı təqdim edir:

"Düz min il əvvəl yaşamış Məhsəti Gəncəvinin qeyrətini çəkirlər. Eşq olsun belə qeyrətli insanlara, qözlərim yaşardı. Təsəvvür eləyin bizdən min il sonra gələnlər Aygün Kazımovanın zadın qeyrətini çəkirlər, 3025-ci ildə Aygun haqqında film çəkirlər, filmdə Aygunu hicablı zad təsvir edirlər. 
Mədəniyyət Nazirliyi getsin daxildəki rüşvətxorluğu, Mənzərkimiləri zadı cəzalandırsın sonra gəlsin Məhsəti haqqında filmin nümayişinə qadağa qoysun. Əxlaqsızlığı filmdə yox Nazirlikdə axtarsın"